Müğənni rəqsi ilə diqqət çəkdi - video
Aktrisa imicini dəyişdi - foto
Noel Fişer həbs olundu
Hollivud ulduzunun oğlu sevgilisi ilə - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Senya Son Bakıda konsert verdi - foto

10-12-2019


Beynəlxalq Muğam Mərkəzində “Yüksək ifaçılıq sənətinin ulduzları” silsiləsindən pianoçu-bəstəkar Senya Son “Yeddi notun ekologiyası” adlı konsert proqramı ilə çıxış edib.

Mtv.az xəbər verir ki, konsert proqramı Azərbaycanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunları Assosiasiyası, Rusiyanın BMT üzrə Assambleyası, “Atəşgah” sığorta Şirkətinin sponsorluğu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilib.

İki saat müddətində mərkəzin səhnəsində Bethoven, Şopen, Skryabin, Raxmaninov və öz bəstələrini qeyri-adi interpretasiyalarda təqdim edən ifaçını tamaşaçılar böyük zövq və maraqla dinləyiblər.

Senya Son konsertində azərbaycanlı musiqiçi, cazmen Vaqif Mustafazadənin xatirəsinə həsr olunan əsərini ifa edib. Konsertdə, həmçinin SSRİ Xalq artisti Müslüm Maqomayevin repertuarından olan “Azərbaycan” mahnısının fortepiano üçün işlənmiş variantı da səslənib ki, bu zaman mərkəzin səhnəsində quraşdırılan ekranda ölkəmizə həsr olunan videoçarx və görkəmli şəxsiyyətlərin fotoları yer alıb. Musiqiçi bu əsəri Azərbaycana sevgisi ilə əlaqələndirib.

Qeyd edək ki, Qnesinlər adına Dövlət Musiqi-Pedaqoji İnstitutunu və paralel olaraq P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və kompozisiya sinfini bitirən Senya Son XX yüzilliyin əfsanəvi musiqiçiləri – Emil Gilels, Tatyana Nikolayeva, Yevgeni Malinin, İnna Malinina, Henrix Litinski ilə çalışıb. O, müasir dövrün böyük bəstəkarı Alemdar Karamanovun yeganə tələbəsidir. S.Sonun ifasında başlıca məfhum ‒ ideya, fikirdir. İfaçı üçün düşünmək – yaratmaq deməkdir.

Senya Son Vyana klassiklərinin irsini özünəməxsus şəkildə yenidən nəzərdən keçirir. Baxın, Bethovenin, Çaykovskinin, Dvorjakın, Debüssinin artıq məşhur əsərlərinin harmonik dilinə öz heyranedici tapıntılarını əlavə edir.

Yaradıcılığının müxtəlif dövrlərində Rusiyanın tanınmış musiqiçiləri ilə birgə çalışan pianoçu 2000-ci ilin əvvəllərində Madriddə şahzadə Sofiyanın adını daşıyan kamera orkestri ilə birgə çıxışından sonra 2003-cü ildə Montre şəhərində “New model classic” adlı müəllif proqramını təqdim edib. Bu konsertdə pianoçu ilə birlikdə tanınan ifaçılar Elton Con və Stinq də eyni səhnəni bölüşüb. Hazırda dünyanın hər bir yerində konsertləri böyük maraqla qarşılanan pianoçu-bəstəkarın Bakı konserti də anşlaqla keçib.





276 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11
















10