Cennifer Lopez sevgilisi ilə diqqət çəkdi - foto
Lətifə "Sınaq" klipindən danışdı
Müğənni Aygün Rəhimova hamilədir - foto
Diana paylaşdığı foto ilə diqqət çəkdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycanlı reperlər hücuma məruz qaldılar - video

10-12-2019


Rusiyada məşhurlaşan azərbaycanlı reperlər Aleksandr Əliyev və Nəvai Bəkirov (HammAli & Navai) silahlı hücuma məruz qalıblar.

Mtv.az xəbər verir ki, hadisə ifaçıların konsertdən sonra Lipeskidən Moskvaya qayıdarkən baş verib.

HammAli və Navai polisə şikayət edərək "LADA Priora" markalı maşından onların "Mercedes-Benz" avtomobillərinin atəşə tutulduğunu bildiriblər. əvvəlcə naməlum zəngə görə müğənnilərin konserti təxirə salınıb. Hətta təşkilatçılar tamaşaçıları zaldan çıxarmalı olublar. Bir az aradan sonra konsertin baş tutacağı bildirilib. HammAli & Navai çıxışdan sonra məkanı tərk edəndə başqa bir maşın onları izləməyə başlayıb.

"Avtomobil onları izləyib, idarəetməyə mane olmağa çalışıb. Sonra isə atəş səsləri eşidilib. Həmin an müşahidə kameralarına da düşüb" deyə, müğənnilərin meneceri söyləyib.

Xatırladaq ki, bu HammAli & Navai-nin konsertdən sonra baş verən ilk davası deyil. Onların Qazaxıstan çıxışlarında da mübahisə düşmüşdü.

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/1508806036180" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Yanvar




























24 Yanvar