Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq Vokalistlər Müsabiqəsinə start verildi

06-12-2019


Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan II Beynəlxalq Vokalistlər Müsabiqəsinə start verilib.

Mtv.az xəbər verir ki, dekabrın 8-dək davam edəcək beynəlxalq müsabiqə ilə bağlı bu gün Truskavets şəhərində mətbuat konfransı keçirilib.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər. AZƏRTAC müsabiqənin media tərəfdaşı seçilib. Beynəlxalq müsabiqə Azərbaycan, Bolqarıstan və Macarıstanın Ukraynadakı səfirliklərinin dəstəyi ilə keçirilir.

Truskavets şəhərinin meri Andrey Kulçinski deyib ki, M.Maqomayev təkcə Azərbaycanın deyil, bütün dünyanın sevdiyi sənətkardır. Merin sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir.

A.Kulçinski mətbuat konfransından sonra AZƏRTAC-a açıqlamasında deyib ki, beynəlxalq vokalistlər müsabiqəsi artıq ənənə halını alıb və gələcəkdə bu cür müsabiqələrin keçirilməsi üçün dəstək göstəriləcək.

Xatırladaq ki, beynəlxalq müsabiqənin keçirilməsinə Ukraynanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimiz, Truskavets meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi və digər təşkilatlar da dəstək verirlər.

114 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel