Serial məhkəməlik oldu
Aktrisa və model ilə sevgili olan yeni eşq yaşayır
Serialda rol alacaq aktyorların adı açıqlandı
Zamiq üç fərqli obraz yaratdı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qədir Rüstəmovun xatirəsi yad ediləcək

11-12-2019


Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək.

Mtv.az xəbər verir ki, tədbir BMM-nin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

BMM-nin “Unudulmayanlar” layihəsi ənənəsinə uyğun olaraq bu dəfə də xatirələrdə yaşayan xanəndənin ömür və yaradıcılıq yoluna nəzər salacaq.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olunmasıdır.

Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür.

235 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyul


























5 İyul