Müğənninin avtomobillə yolda qaldı
Sevdanın nişanlısı ilə fotosessiyası
Aleyna dünya ulduzu olmaq istəyir
Hollivud ulduzu tətil üçün Bodruma getdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Röya sözlərindən məyus oldu və üzr istədi

04-12-2019


Xalq artisti Röya Ayxanın həmkarı Brilliant Dadaşova barədə işlətdiyi fikirlər qalmaqala səbəb olmuşdu.

Mtv.az xəbər verir ki, Brilliant Dadaşova isə Röyanın bu sözlərindən məyus olduğunu dilə gətirmişdi.

Sənətçi bununla bağlı açıqlama yayaraq, B.Dadaşovanı incitmək istəmədiyini deyib: “Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir fikrim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”

Xatırladaq ki, Röyaya “Brilliant Dadaşova erməni ifaçıya “super” şərhini yazmışdı. Siz bunu edərsiniz” deyə, sual ünvanlayıb. Röya isə "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Ümumiyyətlə, niyə mənim mahnımı oxumalıdır ki? Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub" cavabını vermişdi.

250 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti