Müğənninin avtomobillə yolda qaldı
Sevdanın nişanlısı ilə fotosessiyası
Aleyna dünya ulduzu olmaq istəyir
Hollivud ulduzu tətil üçün Bodruma getdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artistinin səhhəti ağırlaşdı

04-12-2019


Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

Mtv.aqz xəbər verir ki, bu barədə 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil: “Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

Səhiyyə Nazirliyi də R.Dadaşovun səhhəti ilə bağlı məlumat yayıb: "O dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir".

226 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti