Rusiyada müğənninin evi soyuldu
Anastasiya Timati ilə ayrıldığını etiraf etdi
Samir ivideosunu zləyiciləri ilə bölüşdü - video
Burcu Özberkə "göz qoydu"

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Brilliant Röyanı izləmə siyahısından çıxardı - video 

04-12-2019


Xalq artisti Brilliant Dadaşovanın Röya Ayxanın sözlərinə cavabı gecikməyib.

Mtv.az xəbər verir ki, müğənni bununla bağlı "İnstaqram" səhifəsində paylaşım edib.

O, Röyanın "Brilliant kimi erməniyə "super" yaza bilmərəm" sözlərinə üstüörtülü cavab verib.

"Səhnəyə çıxdığım gündən indiyənə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır" deyən Dadaşova "Şükür ola" mahnısını yayımlayıb.

B.Dadaşova daha sonra "İnstaqram"da Röyanı izləmə siyahısından çıxarıb.  

Bundan əlavə, Xalq artisti Brilliant Dadaşova həmkarı Röya Ayxanla bağlı mediaya video-müraciət yayıb.

Müğənni həmkarının sözlərindən incidiyini gizlətməyib: "Bayaqdan zəng vururlar, hamıya ayrı cavab vermirəm. Röyadan bunu heç vaxt gözləməzdim. Publikaya oynamaq yaxşı şey deyil. Röya bu mövzunu bilmirsə, deyərdi ki, xəbərim yoxdur. Xəbərdar olmadığın nədənsə danışmaq olmaz. Vətənpərvərlik hissləri ilə oynamaq yaxşı bir şey deyil. Qarabağ hamımızın yaralı yeridir. Qarabağlı deyiləm, amma azərbaycanlıyam. Qarabağda döyüş bölgələrində dəfələrlə əsgərlərə mənəvi dəstək olmuşam. Lazım olan yerdə mübahisə etmişəm. Amma həkim olsaydım, müharibə şəraitində xəstə əsgər gətirsəydilər, müalicə edərdim. Diplomat olsaydım, masada oturub müharibə şəraitində olduğumuz dövlətlə söhbət edərdim. Biz musiqidəyik. Bizim "Tərəkəmə", "Vağzalı" kimi musiqilərimizi yüksək səviyyədə dünyaya göstərirsə, ona "super" deyərəm. Bəlkə çox sənət insanlarının bizim xalq havalarından, mədəni irsimizdən xəbəri yoxdur. Mən Hüseyn Ərəblinskinin, Hökümə Nəcəfovanın, Süleyman Dadaşovun, Məlik Dadaşovun ailəsindənəm. Mənim üçün mədəni dəyərlər böyükdür. Ailəmdən beş şəhid var. Röyaya görə məyus oldum, gözləmirdim. Məni görəndə "sənətkarımsan" deyən adamdan bunu gözləməzdim".

Qeyd edək ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin suallarına "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub" cavabını vermişdi.

Xatırladaq ki, Röya "3D" verilişində Dadaş Dadaşlinskinin suallarına "Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub" cavabını vermişdi.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/_JGCvWi4AJ4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

248 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21




















19