Model itlər üçün paltarlarını satır
Aktyor 35 kiloqram arıqladı
Məryəm Uzerli Hollivud aktyoru ilə filmə çəkilir
Aktyor 2 milyon dollar qazanacaq

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabaha gözlənilən hava proqnozu açıqlandı

03-12-2019


Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Mtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin axşam bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Dekabr


















































11 Dekabr