Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Beynəlxalq Mstislav Rostropoviç Festivalı başladı

02-12-2019


Rusiyanın Orenburq şəhərində VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı Jorj Bizenin “Karmen” operasının tamaşası ilə açılıb. 

Mtv.az xəbər verir ki, səhnədə Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri və İtaliyadan gəlmiş maestro Marko Boeminin dirijorluğu ilə orkestr çıxış edib.

Mstislav Rostropoviçin qızı, festivalın təşkilatçısı və bədii rəhbəri Olqa Rostropoviç deyib: “Möhtəşəm operadır, hətta Pyotr Çaykovski də belə hesab edirdi. Onu bütün ölkələrdə, müxtəlif dillərdə, habelə yaponca ifa edirlər. Biz operanı orijinalda - fransızca ifa edəcəyik”.

İtaliyalı maestro bildirib ki, festivala gəlməzdən əvvəl Moskvanın Novodeviçye qəbiristanlığında Mstislav Rostropoviç və Qalina Vişnevskayanın məzarlarını ziyarət edib. O əlavə edib ki, Mstislav Rostropoviç onun üçün həm musiqiçi, həm də insanlıq örnəyidir.

VII Beynəlxalq Mstislav Rostropoviç Festivalının ikinci günündə Orenburq Vilayət Filarmoniyasında opera-qala olacaq. Konsertdə Qalina Vişnevskayanın adını daşıyan Beynəlxalq Opera Müsabiqəsinin laureatları çıxış edəcəklər.

Xatırladaq ki, Orenburq Mstislav Rostropoviç üçün əziz yer olub. Böyük Vətən müharibəsi illərində onun ailəsini Moskvadan məhz bu şəhərə evakuasiya ediblər. Maestro musiqi təhsilini də Orenburqda davam etdirib, ilk konsertlərini burada verib. Hazırda Orenburq Dövlət İncəsənət İnstitutu onun adını daşıyır.

11 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr
































7 Dekabr