Model itlər üçün paltarlarını satır
Aktyor 35 kiloqram arıqladı
Məryəm Uzerli Hollivud aktyoru ilə filmə çəkilir
Aktyor 2 milyon dollar qazanacaq

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Muğam ifaçıları Pirallahıda oxuyacaqlar

03-12-2019


Dekabrın 4-də “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Pirallahı rayonu V.Mustafazadə adına Mədəniyyət Mərkəzində təqdim olunacaq.

Mtv.az xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

Xatırladaq ki, layihə çərçivəsində bu günə kimi Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət Evi, Binəqədi Mərkəzi Mədəniyyət Evi, Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayı, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində baş tutan konsertlərdə xanəndələr yüzlərlə tamaşaçının görüşünə gəlib. Bu konsertlərdə muğamlarımız, xalq mahnılarmız böyük sevgi və rəğbətlə qarşılanıb. Konsertlərdə mütəmadi olaraq Beynəlxalq Muğam Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəhbərliyi iştirak edərək qəsəbələrdə konsertlərin təşkili, həmçinin klub işinin səmərəliliyinin artırılmasına öz dəstəklərini əsirgəməyiblər.

20 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Dekabr


















































11 Dekabr