Bu ildə dəbdə olan gəlinlik modelləri - foto
"İlin ən yaxşı serialı" müəyyən oldu
Nəsrin yeni fotoları ilə diqqət çəkdi - foto
Pərvin "İnstaqram"sız qala bilmədi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Qəlbimin səsi” albomu təqdim olundu - foto

20-11-2019


Azərbaycan Milli Konservatoriyasında (AMK) fortepiano kafedrasının müəllimi, pianoçu Aynurə Məmmədovanın “Qəlbimin səsi” adlı albomunun təqdimat mərasimi keçirilib.

Mtv.az xəbər verir ki, mərasimdə ali təhsil ocağının rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Albom haqqında məlumat verən Aynurə Məmmədova deyib ki, albomda Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri yer alıb və həmin ifaların qeydə alınmasında məqsəd, əsərləri düzgün ifa tərzi ilə gələcək nəsillərə çatdırmaq və onların təbliğ etməkdir.

Daha sonra rektor Siyavuş Kərimi və AMK-nın musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Akif Quliyev çıxış edərək təqdim olunan albom və ifaçı haqqında fikirlərini səsləndiriblər.

Tədbirdə Aynurə Məmmədova albomda yer alan əsərlərdən bir neçəsini qonaqlar üçün canlı olaraq ifa edib.

Sonda, tədbir iştirakçılarına albom təqdim olunub.





96 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar






































26 Yanvar