Aktyor "Çukur"dan ayrıldı
Fərda ünvanına yazılan təhqirlərdən danışdı
Nadir oğluna xanım tapmaqda çətinlik çəkir
Aktyor internetdə aldadıldı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Ruslan Ağababayevin Bakıda konsert verdi

08-11-2019


ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin Heydər Əliyev Mərkəzində konserti keçirilib.

Mtv.az xəbər verir ki, Ruslan Ağababayev etnik, caz və klassik musiqilərdən ibarət proqram təqdim edib. Pianoçu konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Xalq artistləri İlqar Muradov, Tünzalə Ağayeva, Ənvər Sadıqov, eləcə də tanınmış makedoniyalı klarnet ustası İsmail Lumanovski konsertin qonaq ifaçıları olublar.

Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasınının məzunudur. 1997-ci ildə ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Repertuarına öz kompozisiyaları, Astor Piazzolla, Mişel Leqran, Qara Qarayev və digər bəstəkarların əsərlərinə interpretasiyalar daxildir.

63 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr


13 Dekabr