Beren Saat və Kənan Doğulu birlikdə - foto
Keti Perri özünü şam ağacına bənzətdi - foto
Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda “Macarıstan musiqisi axşamları” olacaq

10-11-2019


Beynəlxalq Muğam Mərkəzi Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim edəcək.

Mtv.az xəbər verir ki, paytaxt sakinləri və şəhərimizin qonaqları noyabrın 11-12 və 14-də macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazanacaqlar. Üç gün ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun “Cantores Esslesiae” solistləri və zambalın misilsiz qarışığı olan musiqi ilə Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim edəcəklər. “Evrovision” mahnı müsabiqəsinin iştirakçısı müğənni Magyar Borinin təqdimatında “disklend” üslublu “smokey” caz gecəsi də layihənin yaddaqalan konsertlərindən biri olacaq. Tamaşaçılar macar musiqisi axşamlarında, həmçinin cymbalum alətinin tanınmış ifaçısı Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.

Biletləri şəhərin kassalarından, itiket.az və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək.

58 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr










































13 Dekabr