Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bəstəkarlar İttifaqına yenidən sədr seçildi - foto

30-10-2019


Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.

Mtv.az xəbər verir ki, əvvəlcə ABİ-nin 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Xatırladaq ki, Firəngiz Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.
xxx
Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti - X qurultayı işə başlayıb.

Qurultayda ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadənin hesabatı dinlənilib.

O, son illərdə qazanılan uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb.

Qeyd edilib ki, 2013-2019-cu illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirib, yeni əsərlərlə milli bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirib.

Vurğulanıb ki, müasir Azərbaycan musiqi mədəniyyəti çox zəngin bir bəstəkarlıq məktəbi üzərində qurulub. Ulu öndərimiz Heydər Əliyev bəstəkarlara və musiqiçilərə daim diqqət və qayğı göstərib. Bu yüksək qayğı hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan bəstəkarlarının əsərləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi və təşəbbüsü ilə həyata keçirilən beynəlxalq musiqi festivallarında hər zaman maraqla qarşılanıb.

Qurultay çıxışlarla davam edir.

Xatırladaq ki, qurultayda ABİ-nin rəhbər orqanlarına seçkilər keçiriləcək.









16 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr


18 Noyabr