Qoca rejissor təcavüzdə günahlandırılır
Günel klipinə 25 min dollar xərclədi
Aktyor qazandığı pula villa aldı
Xatirə İslam yenə kökəldi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Kinorejissor Əjdər İbrahimovun xatirəsi anılıb - foto

30-10-2019


Görkəmli kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər İbrahimovun bu il anadan olmasının 100 ili tamam olub.

Mtv.az xəbər verir ki, bu münasibətlə oktyabrın 29-da kino ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət edib və xatirəsini ehtiramla anıblar.

Mərasimdə çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və fəaliyyəti haqqında geniş məlumat verib. O, Əjdər İbrahimovu özünəməxsus yaradıcılıq üslubu ilə kino salnaməmizi zənginləşdirən, müəllif kinosunun bünövrəsini qoyan sənətkar kimi xarakterizə edib. Bildirib ki, Azərbaycan kinematoqrafiyasının inkişafında böyük xidmətləri olan sənətkar çəkdiyi hər bir ekran əsəri ilə minlərlə tamaşaçının kino zövqünü formalaşdırıb.

Qeyd olunub ki, 1919-cu il aprelin 29-da Aşqabadda dünyaya gələn rejissor 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. Burada Sergey Yutkeviç və Mixail Rommdan kinematoqrafiyanın sirlərini öyrənib.

1952-ci ildə yenidən Aşqabada qayıdıb, “Türkmənfilm” kinostudiyasında "Firuzə", "Xəzərin şərqində" və digər filmlərə quruluş verib.

Bakı kinostudiyasında işə başlayan Əjdər İbrahimov 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor olub. Quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə Bakı kinostudiyanın birgə istehsalı olan "Bir məhəllədən iki nəfər" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Rejissorun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri lentə alınıb.

Sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirən kino xadimi "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri ilə böyük şöhrət qazanıb.

Keçmiş ittifaqın nüfuzlu mükafatlarına layiq görülən Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də Moskvada vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

xxx

Həmin gün Nizami Kino Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.

Yubiley mərasimi rejissor Nizami Abbasın “Narahat adam” sənədli filminin nümayişi ilə başlayıb.

Sonra Ə.İbrahimovun həyat və fəaliyyətini əks etdirən fotoslayd nümayiş olunub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək Əjdər İbrahimovun fəaliyyətinin çox zəngin olduğunu bildirib. O deyib: “Görkəmli rejissor müharibə dövrü keçib, bir neçə ölkənin azad olunmasında iştirak edib. Sonradan o, kino sahəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Vyetnama göndərilib. Vyetnam kinematoqrafiyasının məşhur rejissorları məhz onun emalatxanasında çalışıblar. Xalq artisti Vyetnam kinosuna böyük töhfələr verib. Ə.İbrahimovun fəaliyyəti “Mosfilm”lə də bağlı olub. O, bu kinostudiyada sıravi işçi deyil, böyük birliyin rəhbəri kimi çalışıb. İndiki bir sıra məşhur rus rejissorları vaxtilə Əjdər İbrahimovun dəstəyindən yararlanıblar. SSRİ-nin Xalq artisti, həmçinin Rusiya ilə Türkiyə arasında mədəni körpünün qurulmasında iştirak edib”.

Cəmil Quliyev qeyd edib ki, Azərbaycan kinematoqrafiyasının inkişafında da böyük xidmətləri olan Əjdər İbrahimov çəkdiyi hər bir ekran əsəri ilə tamaşaçının qəlbinə yol tapıb. O, hər zaman türkçülüyü, azərbaycançılığı sevən bir şəxsiyyət olub.

Rejissorun həyat yoldaşı Marqarita Maleyevna bildirib ki, hamını onların bir yerdə necə yaşadıqları sualı maraqlandırırdı. Qeyd edib ki, o, həyat yoldaşının böyük şəxsiyyət olduğunu bilirdi və hər zaman ona bənzəməyə çalışırdı. Ə.İbrahimov ssenarinin sirlərini həyat yoldaşına öyrədib və onun kinoya gəlməsinə kömək göstərib.

Əməkdar mədəniyyət işçisi kinooperator Rafiq Qəmbərov rejissorla birgə çəkdikləri filmdən söhbət açıb. Bildirib ki, o zamanlar gənc bir operatorun Ə.İbrahimov kimi sənətkarla çalışması onun üçün şərəf idi.

Rusiyalı rejissor Boris Blank rejissorla birgə qazandığı təcrübəsini bölüşərək deyib ki, Ə.İbrahimov hər zaman insanlarla mehriban davranır, işinə isə çox məsuliyyətlə yanaşırdı.



















18 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Noyabr




































13 Noyabr