Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“I am Jazzman”ın iştirakçıları mükafatlandırıldı

25-10-2019


Beynəlxalq Muğam Mərkəzində “Bakı Jazz” Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən gənc ifaçıların “I am Jazzman” müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mtv.az xəbər verir ki, konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məşhur caz ustalarının əsərlərini və milli caz kompozisiyalarını səsləndiriblər.

Konsertdə vokal ifalarla yanaşı, skripka, piano, gitara və başqa musiqi alətlərində instrumental caz improvizələr də təqdim edilib.

Sonda gənc caz ifaçılar festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.



216 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul