GÜNDƏM
Fərəc Qarayevin əsəri Moskvada səsləndiriləcək
18-10-2019

Oktyabrın 22-dən 27-dək Rusiyanın paytaxtında “Moskva forumu” XVI beynəlxalq müasir musiqi festivalı keçiriləcək.
Rakus.az xəbər verir ki, konsertin proqramına bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin “Xütbə, muğam və surə” əsəri də daxil edilib.
Bu əsər oktyabrın 26-da P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında “Yeni musiqi studiyası” ansamblı tərəfindən təqdim olunacaq. Tarda Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə çıxış edəcək.
Dirijor Sergey Akimovdur.
371 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar