İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir
Teymur Əmrah həmkarına irad bildirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycan xalq mahnıları festivalına start verildi

09-10-2019


İkinci Azərbaycan xalq mahnıları festivalına start verilib.

Mtv.az xəbər verir ki, festivalın açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Konsertə giriş sərbəstdir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutunun iştirakı ilə reallaşacaq festival milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri Ansambllarının çıxışı, vokal gecələrinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan xalq mahnılarından ibarət festivalın keçirilməsində məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim edilməsidir.

Oktyabrın 13-dək davam edəcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur.

Festivalın bədii rəhbəri Əməkdar artist, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, baş koordinatoru Bəhruz Niftəliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.

82 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






































17 Noyabr