Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Dərbənd toyu “Ginnesin rekordlar kitabı”na düşdü

06-10-2019


Rusiya Federasiyasının Dərbənd şəhərindəki Narın-Qala stadionunda Şəhər Günü münasibətilə keçirilən toy mərasimi “Ginnesin rekordlar kitabı”na düşüb. 

Mtv.az xəbər verir ki, bu toy bəy və gəlinlərin ən çoxmillətli və bol qonaqlı olması ilə seçilib.

Dərbənd Administrasiyası VVAQ-ın rəisi Tatyana Marçenko bildirib ki, 16 milliyyətin nümayəndəsi olan 24 cütlük və 10 mindən çox qonağın iştirak etdiyi toy mərasimini “Rusiya Rekordlar Kitabının” baş redaktoru və “Ginnesin rekordlar kitabı” üzrə müraciətlərin təmsilçisi Aleksey Svistunov qeydə alıb. O, müvafiq sertifikatı şəhər meri Xızrı Abakarova təqdim edib.

Dağıstan Respublikası hökuməti sədrinin müavini Anatoli Qəribov və Dərbənd rayonu başçısının vəzifəsini icra edən Fuad Şıxıyev də yeni ailə quranları təbrik ediblər.

Toy mərasimində Dərbəndin “Günəş” rəqs ansamblının, habelə Dağıstanın “Lezqinka” qrupunun iştirakı ilə konsert olub. Qonaqların arasında isə Mahaçqala ilə yanaşı, Rusiyanın müxtəlif regionundan gəlmiş insanlar olublar.

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr