Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Respublika Folklor Festivalına seçim davam edir

03-10-2019


Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsinə şimal bölgəsində fəaliyyət göstərən 20-yə yaxın kollektiv qatılıb.

Mtv.az xəbər verir ki, sentyabrın 27-də Xaçmaz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət mərkəzində keçirilən seçim turunda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarını təmsil edən folklor qrupları təqdimatlarla çıxış ediblər.

Seçim mərhələsində təmsil olunan 17 kollektiv arasında ləzgiləri, tatları, axıska türklərini və şimal bölgəsində yaşayan digər azsaylı xalqların, etnik qrupların təmsilçiləri də yer alıb.

Kollektivlər tərəfindən təqdim olunan folklor nümunələrini Mədəniyyət Nazirliyinin, Mədəniyyət və İncəsənət Universitetinin və Mahnı və Rəqs Ansamblının nümayəndələrindən təşkil olunan münsiflər qiymətləndirir. Seçim turunda fərqlənən kollektivlər Ənənəvi Respublika Folklor Festivalında çıxış etmək imkanı qazanacaq.

Sentyabrın 17-dən oktyabrın 31-dək davam edəcək seçim turları ölkəmizin bütün regionlarında təşkil olunacaq.

Ənənəvi Respublika Folklor Festivalı “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq keçirilir.

38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr