Xuraman Şuşalı fotovideo paylaşdı
Aktrisa 22 yaş böyük sevgilisi ilə evlənir
Əməkdar artist 22 il əvvəl - foto
Müğənni təcavüzə uğradı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu

23-09-2019


Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzova layiq görüldüyü “Xalq artisti” fəxri adı təqdim olunub.

Mtv.az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib. 

Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

Ə.Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, “Xalq artisti” adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafına və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Oktyabr




















19 Oktyabr