Hollivud ulduzu yeni münasibətə başladı
Müğənni dostlarına güvənmir
Əməkdar artist imicini dəyişdi
Demet müğənni həmkarı ilə barışdı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Opera ulduzları Bakıda eyni səhnəni bölüşdülər - foto

22-09-2019


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cakomo Puççininin “Bohema” operası nümayiş olunub.

Mtv.az xəbər verir ki, səhnə əsərini tanınmış italiyalı dirijor Lorenso Tassyeri idarə edib. Opera tamaşasında Mimi partiyası teatrın aparıcı solisti - Əməkdar artist, “Humay” milli mükafatının laureatı Afaq Abbasova tərəfindən ifa olunub.

Bundan başqa, operada əsas partiyalardan olan Rudolf və Marselini Özbəkistanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Ramiz Usmanov və Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edib.

Səhnə əsərində, həmçinin Xalq artistləri Əli Əsgərov (Alsindor) Əkrəm Poladov (Kollen),Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar) və Əliəhməd İbrahimov (Parpinol) çıxış ediblər.

Opera ulduzlarının məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.







261 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyun






















5 İyun