"Damla qeyri-peşəkardır" - Əməkdar artist
Aşıq Samirə keçmiş ərini hələ də sevir
Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Ankarada möhtəşəm konsert verildi - foto

16-09-2019


Bakının 1918-ci ildə bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə Ankara şəhərində təntənəli mərasim keçirilib.

Mtv.az xəbər verir ki, TRT-nin sədri İbrahim Eren çıxışında qeyd edib ki, Bakının azad edilməsinin ildönümlərinin rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə qeyd edilməsi artıq ənənəyə çevrilib.

Tədbirdə TRT-nin Azərbaycanın istiqlal şairi Əhməd Cavada həsr etdiyi filmin təqdimatı olub.

Daha sonra gecə, Azərbaycandan gələn incəsənət ustaları, eləcə də Türkiyədə yaşayıb-yaradan musiqiçilərimiz, həmçinin qardaş ölkənin nüfuzlu orkestrlərinin iştirakı ilə keçirilən zəngin konsert proqramı ilə davam edib.

Azərbaycanın korifey bəstəkarlarının əsərləri, eləcə də müasir bəstəkarlarımızın yaratdığı bir-birindən maraqlı əsərlər, tanınmış solistlərimizin mahir ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gecə Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz” əsərinin səslənməsi ilə yekunlaşıb.





47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr








21 Oktyabr