Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Meksikalı pianoçu Sumqayıtda konsert verdi

12-09-2019


Meksikalı pianoçu Xesus Lepe Rikonun Azərbaycana budəfəki səfəri çərçivəsində son konserti sentyabrın 11-də Sumqayıt şəhərində keçirilib.

Mtv.az xəbər verir ki, Meksikalı pianoçu Sumqayıt Dövlət Dram Teatrında çıxış edib.

Meksikanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, konsert çərçivəsində Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların əsərləri ifa olunub. Eyni zamanda, Rikardo Kastro və Belisario de Xesus Qarsiya de la Qarza kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarların yaradıcılığına da müraciət edilib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək deyib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr, mədəniyyət, ticarət və turizm də daxil olmaqla, müxtəlif sahələr üzrə əməkdaşlıq və hüquqi bazanın möhkəmlənməsi sayəsində Meksika və Azərbaycan artıq daha yaxındır. Diplomat vurğulayıb ki, çoxsaylı sahələrdə təcrübə mübadiləsini zənginləşdirən və parlament diplomatiyasına təkan verən qarşılıqlı səfərlər əhəmiyyətli dərəcədə intensivləşib. O əlavə edib ki, Xesus Lepenin konserti Meksika səfirliyinin bir sıra mədəni tədbirlərin Sumqayıt şəhərində keçirilməsinin başlanğıcıdır, bu baxımdan şəhərin sakinləri və qonaqları Meksika adətləri ilə daha yaxından tanış ola biləcək.

Konsert proqramı maraqla qarşılanıb.

23 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15