Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Ankarada Azərbaycan Günləri - foto

09-09-2019


Ankarada keçirilən XVI Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalı çərçivəsində Azərbaycan Günləri təşkil olunub.

Mtv.az xəbər verir ki, Azərbaycan Günlərində yerli ictimaiyyətlə bərabər rəsmi şəxslər, diplomatlar, Şirvan şəhərində gələn nümayəndə heyəti iştirak edib.

Festivalın bağlanış və Azərbaycan Günlərinə dair rəsmi tədbirdə Etimesgut bələdiyyəsinin sədri Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Şirvan şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafının əhəmiyyəti barədə Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin nəsihətləri xatırlanıb. Vətənlərimizin qorunması, torpaqlarımızın bütövlüyü uğurunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.

Elan edilib ki, sentyabrın 7-də PKK terrorçuları ilə atışmada xüsusi təyinatlı polis briqadasının Mardin şöbəsinin rəisi, əslən Etimesgut rayonundan olan Tufan Kansuvanın şəhid olması ilə əlaqədar tədbirin musiqili hissəsi ləğv olunub.

Xatırladaq ki, Etimesgut rayon bələdiyyəsi tərəfindən təşkil olunan, açılış avqustun 30-da keçirilən festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən qurulan ölkəmizə aid stend festivalın sonunadək fəaliyyət göstərib.









141 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr