Elnarə rejissor olmaq istəyir
Müğənni və aktyor təcavüzdə ittiham olunur
Aktyor ərəb xanımların təklifini rədd etdi
Seda Sayan sərxoş halda saxlanıldı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

17-09-2019


Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-30-da Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Mtv.az xəbər verir ki, bilki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarusiya, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Sentyabrın 25-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr


























15 Oktyabr