Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Maestro Niyazinin xatirəsi anıldı

21-08-2019


Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

Mtv.az xəbər verir ki, tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanıb.

Tədbir çərçivəsində müxtəlif muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtilə dirijoru olduğu konsertlərdən videofraqmentlər nümayiş olunub.

35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15