Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Günay” teatr-studiyası müsabiqədə iştirak edir - foto 

21-08-2019


Bakı Uşaq Teatrının “Günay” teatr-studiyası avqustun 18-19-da Latviyada keçirilən “AMBERSTAR 2019” beynəlxalq incəsənət müsabiqəsində iştirak edir.

Mtv.az xəbər verir ki, müsabiqə müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə Riqa-Stokholm-Riqa kruiz turu ilə səyahət edən gəmidə keçirilir.

Müsabiqədən əvvəl “Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi və Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların koordinasiya şurasının üzvü Elnur Rəhimovun təşkilatçılığı ilə Latviya Universitetinin Akademik Kitabxanasında baş tutmuş tədbirə çıxış edən Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Azərbaycanın zəngin teatr ənənələri və musiqi mədəniyyəti barədə tamaşaçılara məlumat verib, teatr sənətinin gənclərin estetik tərbiyəsinin formalaşmasındakı rolundan bəhs edib. Bu istiqamətdə “Günay” teatr-studiyasının fəaliyyətini yüksək qiymətləndirən Z.Dadaşzadə Azərbaycan teatr sənəti ənənələrinin təbliğində onlara uğurlar arzulayıb.

Həmçinin çıxış edən “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev bugünkü tədbirin xalqımızın tarixi-mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb.

Teatr-studiyasının rəhbəri Larisa Tarusova studiyanın fəaliyyəti və gənc artistləri barədə təqdimat edib.

Konsert zamanı Azərbaycanın milli rəqs və musiqi nümunələri ifa edilib, şeirlər səsləndirilib. Xüsusilə "Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında səhnələşdirilmiş “Üç tonqal” tamaşası və "Arşın mal alan" operettasından qızların yaylıqla rəqsi tamaşaçıların böyük rəğbəti ilə qarşılanıb.

Proqramın yekununda çıxış edən tədbirin əsas təşkilatçısı, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov “Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirib, xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzu edib.

Konsert proqramından sonra qonaqlara Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib.

 







44 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15