Serialda tərəf müqabili olacaqlar
Məşhur reper evləndi
Almaz Ələsgərli ikinci dəfə nənə olacaq
Lolita rəsmi şəkildə boşandı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Əməkdar artist Fransada festivalda çıxış edir 

13-08-2019


Fransanın Oksitani regionunda “Jazz in Marciac” adlı caz festivalı keçirilir.

Mtv.az xəbər verir ki, Azərbaycanın Əməkdar artisti, pianoçu Elçin Şirinov da festivalda çıxış edib.

“Jazz in Marciac” Festivalında kontrabas ifaçısı və bəstəkar Avişay Koen, Elçin Şirinov (piano) və Noam David (zərb alətləri) caz üçlüyünün ifası musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Mütəmadi olaraq E.Şirinov Fransanın müxtəlif şəhərlərində solo konsertlərlə çıxış edir.

Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs almış Elçin Şirinov dünyanın bir çox ölkələrində, eləcə də Fransada çoxsaylı beynəlxalq festivallarda iştirak etməklə mədəniyyətimizin dünyada təbliğində xidmətlər göstərir.

“Jazz in Marciac” caz festivalı avqustun 15-dək davam edəcək.



103 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Oktyabr
































22 Oktyabr