İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir
Teymur Əmrah həmkarına irad bildirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artisti Rasim Balayevin doğum günüdür 

08-08-2019


Bu gün Xalq artisti, görkəmli aktyor Rasim Balayevin doğum günüdür.

Mtv.az xəbər verir k, R.Balayev 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olub.

R.Balayev bildirib ki, ötən il yubileyini keçirdiyi üçün bu gün doğum gününü öz yaxınlarıyla birlikdə qeyd edəcək: “Diqqətiniz üçün təşəkkür edirəm. Ötən il yetmiş illik yubileyim oldu və ona görə də bu gün axşam öz yaxınlarımla masa arxasında bunu qeyd edəcəyik. Yəni təmtəraqlı bir doğum günü keçirməyi düşünmürəm”.

R.Balayev Paşinyanın Azərbaycanı aşağılamasına öz ziyalı mövqeyini bildirərək onu “Paşolyan” adlandırdığını deyib: “N.Paşinyan axmaq adamdır. Mən ona “Paşolyan” deyirəm. Ortaya düşüb meymunluq edərək ömrünü uzatmaq istəyir. Hər dəfə bir çıxış edir və məncə ona elə də reaksiya vermək lazım deyil. Qaldı ki, biz hər şeyə oyaq olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad etməliyik ki, “Paşolyan” kimilərin şourları qurtarsın”.

186 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






































17 Noyabr