“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qarabağ atlarına yeni mahnı yazıldı - foto

07-08-2019


Azərbaycanın milli sərvəti sayılan Qarabağ atlarına həsr olunmuş yeni mahnı ərsəyə gətirilib.

Mtv.az xəbər verir ki, mahnının musiqisi Novruz Aslana, sözləri Hikmət Babaoğluna məxsusdur. Mahnının yaradılmasında məqsəd bu günə kimi Azərbaycan atlarına dair heç bir mahnının olmamasıdır. Canlı alətlərin istifadə olunduğu mahnını Xalq artisti Teyyub Aslanov ifa edib. İfaçını Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara və zərb alətləri), Emil Əfrasiyab (fortepiano) və Aydın Yəhyayev (nəfəs alətləri), Saleh Məmmədov (bas-gitara), “Kvartet” qrupu (simli alətlərdə) müşayiət edib.

Bildiyiniz kimi, 1996-cı ildən Azərbaycan Atcılıq Federasiyası yaradılıb və bu günə kimi kifayət qədər nailiyyətlər əldə olunub. 2007-ci ildə Milli Məclis tərəfindən “Atcılıq haqqında” Qanun da qəbul olunub.

 



27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23