Serialın treyleri rekord qırdı - video
Sevda Yahyayeva plastik əməliyyat etdirməyib
“Ən saf adam mənəm" - Nadir Qafarzadə
Rihanna ərəb sevgilisindən uşaq istəyir - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakı Marionet Teatr Fransaya gedəcək

11-08-2019


Bu ilin sentyabrında Fransanın Şarlövil-Mezyer (Charleville-Mézières) şəhərində 20-ci Beynəlxalq Marionet Teatrları Festivalı keçiriləcək. Festivalda ölkəmizi Bakı Marionet Teatrı təmsil edəcək.

Mtv.az xəbər verir ki, Bakı Marionet Teatrı beynəlxalq festivala “Leyli və Məcnun” tamaşası ilə qatılacaq.

Azərbaycanın zəngin mədəni irsinin gələcək nəsillərə ötürülməsi və milli dəyərlərə bağlılığın yaşadılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Marionet Teatrı 2013-cü ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulub. Teatrın repertuarına Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəyovun əsərləri daxildir.

Fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirmək məqsədilə teatr Fransanın Şarlövil-Mezyer şəhərində keçiriləcək Beynəlxalq Marionet Festivalında iştirak üçün müraciət etmiş və onun müraciəti qəbul edilmişdir.

Xatırladaq ki, 1961-ci ildə əsası qoyulmuş Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında 30-dan çox ölkənin truppaları 150-dən çox tamaşa təqdim edir. Festivala 150 mindən çox tamaşaçı qatılır. Əvvəllər 3 ildən bir keçirilən festival 2009-cu ildən 2 ildən bir keçirilir.

94 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Oktyabr


























14 Oktyabr