Qoca rejissor təcavüzdə günahlandırılır
Günel klipinə 25 min dollar xərclədi
Aktyor qazandığı pula villa aldı
Xatirə İslam yenə kökəldi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Azərbaycan “Şərq təranələri” Festivalına qatılacaq

10-08-2019


Avqustun 26-dan 30-dək Səmərqənddə keçiriləcək “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da iştirak edəcək.

Mtv.az xəbər verir ki, musiqi bayramına dünyanın 70-dən artıq ölkəsindən gələn 315 ifaçının qatılacağı gözlənilir.

Ölkəmizi bu festivalda gənc ifaçı Pərviz Qasımov təmsil edəcək.

Azərbaycan müntəzəm olaraq bu nüfuzlu musiqi festivalında layiqli yerlər tutur.

1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI Festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə Azərbaycana gətirib.

Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

 

111 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr








14 Noyabr