Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qrup ilə menecer arasındakı müqavilə 343 min dollara satıldı

14-07-2019


Əfsanəvi “The Beatles” qrupunun dünya şöhrətinə doğru yolunun lap əvvəlində Liverpul dördlüyü ilə menecer Brayan Epstayn (1934-1967) arasında imzalanmış müqavilənin makinada çap olunmuş əsli “Sothebys” hərracında 275 min funt sterlinqə (343 min dollar) satılıb. 

Mtv.az xəbər verir ki, sənəd qrupun dörd üzvünün hamısı – Con Lennon, Corc Harrison, Pol Makkartni və Pit Best (Rinqo Starın sələfi) ilə 1962-ci il yanvarın 24-də imzalanıb. Lakin sənəddə Epstaynın özünün imzası yoxdur. Sonralar prodüserin etiraf etdiyi kimi, o, qrupa lazımi səviyyədə kömək edəcəyinə və onu populyarlaşdıracağına tam əmin olmayıb. Buna görə də müvəffəqiyyət qazanmayacağı təqdirdə musiqiçilərin əl-qolunu bağlamaq istəməyib.

Müqavilə Epstayn 1961-ci il noyabrın 9-da Liverpulda, ticarət evinin zirzəmisində yerləşən “Сavern” klubunda “The Beatles” qrupunun yaradıcılığı və musiqiçilərin özləri ilə tanış olandan iki ay yarım sonra imzalanıb. Qrup üzvləri bu klubda Hamburq səfərindən qayıdandan sonra çıxış etməyə başlayıblar və 1961-1963-cü illərdə burada təqribən 300 konsert veriblər.

Qrammafon valları dükanının sahibi Epstaynın musiqi qrupları ilə işləmək təcrübəsi olmayıb. Lakin dördlüyün çıxışını eşidəndə qrupun meneceri olmaq qərarına gəlib. Epstaynın “The Beatles”in musiqisinə böyük həvəs göstərməsi və onların istedadına inanması gənc musiqiçiləri təəccübləndirib.

“The Beatles” Brayan Epstaynın kommersiya rəhbərliyi ilə əvvəlcə Böyük Britaniyada, sonra bütün dünyada məşhurlaşıb. P.Makkartninin sözlərinə görə, Epstayn beşinci “bittl” olub. Lennon isə deyib: “Biz onu sevirdik və o, bizlərdən biri idi”.

Brayan Epstayn 1967-ci ildə dozadan artıq yuxu dərmanı içdiyinə görə vəfat edib.

128 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19