“Arctic open”də smartfonla çəkilişi öyrədiləcək
Aktrisa rəfiqələri ilə tətilə getdi - foto
Şəbnəm açıqlaması ilə gündəm yaratdı
Model sevgilisi ilə çılpaq foto çəkdirdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Röya İnstaqramını tərk etdi

10-07-2019


Əməkdar artist Röya Ayxan 1 milyon 700 min izləyicisi olan İnstaqramını tərk edib.

Mtv.az xəbər verir ki, sənətçi artıq 10 gündür sosial şəbəkədə heç bir paylaşım etmir.

Müğənninin fanatları da onun bu addımından narahatlıq hissi keçiriblər.

Məlum olub ki, Röya sosial şəbəkədən getməsini virtual həyatının şəxsi münasibətlərinə zərər verməsi  ilə əlaqələndirib.

Kanon ifaçısı Xədicə Həsənovaya “Whatsapp” vasitəsilə doğum günü təbriki yollayan Röya bildirib:

“Səni öz səhifəmdən təbrik etmək istəyərdim, amma yavaş-yavaş anladım ki, İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur. Biz artıq otururuq, danışmağa söz tapmırıq. Çünki hər şeydən orada xəbərdarsan, hər şeyi bilirsən və s.”.

PR-ın, reklamın İnstaqramdan aparıldığı, insanların sosial trendlərdən asılı olduğu bir zamanda müğənninin bu addımı xeyli gözlənilməz olub.

Sənətçi bunadək bir neçə dəfə İnstaqramdan qısa fasilələrlə uzaqlaşıb. Lakin bu fasilələr 3-4 gündən artıq olmayıb.



92 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17




16