Serialın treyleri rekord qırdı - video
Sevda Yahyayeva plastik əməliyyat etdirməyib
“Ən saf adam mənəm" - Nadir Qafarzadə
Rihanna ərəb sevgilisindən uşaq istəyir - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Afrika cazı və onun muğamla sintezi səsləndirildi - foto

09-07-2019


Beynəlxalq Muğam Mərkəzində Mali Respublikasının “Cheick Tidiane Seck” qrupu və yerli musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.

Mtv.az xəbər verir ki, konsertdə Afrika cazı və onun muğamla sintezi səsləndirilib.

Qrupun rəhbəri Şek Tidian Sek dünya şöhrətli musiqiçilər Karlos Santana, Stiv Vander, Rendi Vuesten, Cimi Kliff və “Gorillaz” qrupu ilə birgə çalışdığını bildirib.

Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov qonaqları belə gözəl məkanda görməkdən şad olduğunu vurğulayıb. O qeyd edib ki, caz millətləri və mədəniyyətləri bir araya gətirən gözəl vasitədir.

Malidən olan qrupa Şek Tidian Sek, Manteqari Frank (zərb), Adama Dembele (perkusiya) Cankey Suso (vokal), Mohamed Hafsi (bass gitara), Mamadi Diabate (gitara) daxildir. “Bacustik Jazz” qrupunun ifaçıları isə Salman Qəmbərov (piano), Emin Həsənov (bass gitara) və Vaqif Əliyevdir (zərb).

Konsertdə muğamın cazla sintezi Səxavət Məmmədov (tar), Oqtay Şərifov (kamança) və Almaxanım Əhmədlinin (vokal) ifasında səsləndirilib.







123 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Oktyabr


























14 Oktyabr