Beren Saat və Kənan Doğulu birlikdə - foto
Keti Perri özünü şam ağacına bənzətdi - foto
Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabaha gözlənilən hava şəraiti 

01-07-2019


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

187 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr










































13 Dekabr