Serialda tərəf müqabili olacaqlar
Məşhur reper evləndi
Almaz Ələsgərli ikinci dəfə nənə olacaq
Lolita rəsmi şəkildə boşandı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda meksikalı musiqiçilərin konserti - foto

24-06-2019


Beynəlxalq Muğam Mərkəzində məşhur meksikalı musiqiçilər - Xavyer Nandayapa və Mirna Yamın konserti təşkil olunub.

Mtv.az xəbər verir ki, konsert Meksikanın ölkəmizdəki səfirliyi, Beynəlxalq Muğam Mərkəzi, “Landmark” oteli və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini çıxış edərək musiqili gecənin Xavyer Nandayapanın 30 illik səhnə fəaliyyətinə həsr olunduğunu söyləyib. İstedadlı musiqiçinin yaradıcılığını yüksək qiymətləndirən səfir qeyd edib ki, 1989-cu ildə “Marımba Nandayapa” qrupu ilə musiqi fəaliyyətinə başlayan Xavyer dünyanın bir sıra ölkələrinə səfər edərək solo ifa edib. İyirmi ildən artıq o, gənc marimba ifaçıları üçün ustad kursları keçib. Xavyer Nandayapa 2011-ci ildən Tabasko ştatı marimba ifaçılarının beynəlxalq festivalının bədii rəhbəridir.

Meksikanın zəngin mədəni irsindən bəhs edən səfir deyib ki, bu ölkənin qədim musiqi aləti olan marimba ksilofona bənzəyən zərb alətidir. Marimbada həm bayram və şənlik, həm də klassik konsert musiqisi ifa olunur.

Sonra meksikalı musiqiçilər marimba və digər zərb alətlərində çıxış ediblər.











116 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Oktyabr
































22 Oktyabr