Aktyor hucuma məruz qaldı - video
Oksana istirahətə Antalyaya getdi - foto
Elnarə Xəlilova imicini dəyişdi - video
Namiq Qaraçuxurlunun keçmiş görüntüləri - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Oqtay Zülfüqarovun 90 illiyinə konsert oldu - foto

11-06-2019


Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 illiyinə həsr edilən kamera konserti keçirilib.

Mtv.az xəbər verir ki, konsert Əfrasiyab Məmmədovun royalda bəstəkarın “Yuxu” pyesini ifa etməsi ilə başlayıb.

Sonra Əməkdar artistlər Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (skripka), Səbinə İbrahimovadan (violonçel) ibarət Azərbaycan Dövlət Triosu O.Zülfüqarovun “Trio” əsərindən III, IV hissələri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Türkiyənin Atatürk Universitetinin professoru Həqiqət Məhərrəmova “Piano üçün 6 prelüd” silsiləsindən 3 prelüdü ifa edib.

Beynəlxalq müsabiqə laureatları Ceyla Seyidova (I skripka), Soltan Məmmədova (II skripka), Əməkdar artistlər Vaxtanq İmanov (viola), Aleksey Miltıxdan (violonçel) ibarət Dövlət Simli Kvarteti bəstəkarın “Simli kvartet”inin III, IV hissələrini səsləndiriblər.

Konsert iştirakçıları, həmçinin Məhəmməd Füzulinin sözlərinə bəstələnən “Yad eylərəm” və “Canana yetmişəm” romanslarını dinləyiblər. Əsərləri Valeriya İsgəndərova oxuyub. Onu royalda Lalə Zöhrabbəyova müşayiət edib.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan və sürəkli alqışlarla müşayiət olunan konsert O.Zülfüqarovun violonçel və piano üçün “Muğam və rəqsə dəvət” pyesinin səsləndirilməsi ilə başa çatıb.







24 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun


24 İyun