Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi
Alman modelin yarıçılpaq fotosu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

 Züleyxa Abdulla filarmoniyada konsert verdi

11-06-2019


M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının dosenti, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullanın Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konserti keçirilib.

Mtv.az xəbər verir ki, orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Orkestrin ifasında F.Şubertin və E.Qriqin əsərləri səsləndirilib.

Konsert proqramında Züleyxa Abdullanın solistliyi ilə İ.S.Baxın fortepiano və orkestr üçün re minor musiqisi səsləndirilib. Həmçinin müasir fransız bəstəkarı P.Tilluanın solo fortepiano və simli orkestr üçün “Perit ut vivat” əsəri Bakıda ilk dəfə ifa edilib. Hər iki əsər solistin uğurlu ifası nəticəsində dinləyicilər tərəfindən böyük alqış və rəğbətlə qarşılanıb.

73 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


21