“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Timur Əsgərov “Paxita”da partiya ifa edəcək

13-06-2019


İyunun 19-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Paxita” üçpərdəli baleti nümayiş etdiriləcək.

Mtv.az xəbər verir ki, səhnə əsərində Andresin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Paxita” baleti ilk dəfə 1846-cı ildə Parisdə səhnəyə qoyulub. Mariya Teatrında nümayiş etdiriləcək baletin əsasını Eduard Deldevezin musiqisi, habelə Lüdviq Minkus və Rikardo Driqonun əsərlərindən fraqmentlər təşkil edir. Səhnə əsərinin Mariya Teatrında premyerası 2017-ci il martın 30-da olub.

Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. O, 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

89 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23