Aktyor hucuma məruz qaldı - video
Oksana istirahətə Antalyaya getdi - foto
Elnarə Xəlilova imicini dəyişdi - video
Namiq Qaraçuxurlunun keçmiş görüntüləri - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bazar günü hava günəşli olacaq

08-06-2019


Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb. 

Mtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadla xəbər verir ki, iyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə Abşeronda 19-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.

22 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun


24 İyun