Aktyor hucuma məruz qaldı - video
Oksana istirahətə Antalyaya getdi - foto
Elnarə Xəlilova imicini dəyişdi - video
Namiq Qaraçuxurlunun keçmiş görüntüləri - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Şəms” uşaq xoru konsert verdi - foto

09-06-2019


Azərbaycan Bəstəkarlar İttifaqında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert təşkil olunub.

Mtv.az xəbər verir ki, konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru çıxış edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, bu dəfə yenidən uşaqlar növbəti konsert proqramı ilə çıxış edirlər. Bəstəkarlar İttifaqı uşaqlarla bağlı irəli sürülən təşəbbüsü sevə-sevə qəbul edib, uşaqları sevindirməyə çalışır və onlara dəstək olur. F.Əlizadə bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıb və bunun çox vacib olduğunu söyləyib. Bəzi bəstəkarlar var ki, uşaqlar üçün opera da yazıblar. Əlbəttə ki, bu, sevindirici haldır. Uşaqlar üçün musiqi çox vacib bir sahədir və uşaqların musiqiyə gəlişini hamı istəyir. “Təəssüf hissi ilə bildirirəm ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur və bunun üçün hər dəfə Mədəniyyət Nazirliyinə müraciət edirik”, - deyə o əlavə edib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Uşaq Xor Kapellasının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova və Xalq artisti Azər Dadaşov çıxış edərək Azərbaycanda uşaq musiqisinin mövcud vəziyyətindən, görülən işlərdən söhbət açıblar. Natiqlər bu sahədə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə aparılan işlərdən danışıblar.

Çıxışlardan sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru Ağabacı Rzayevanın “Qaranquş”, Oqtay Zülfüqarovun “Nənə” və Sərdar Fərəcovun “12 uşaq mahnısı” məcmuəsindən “Buratino”, “Dələ”, “Aşbazlar”, “Küpəgirən qarı” mahnılarını ifa etdilər.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Əli Məmmədli Nuray Bayramovanın royalda müşayiəti ilə Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın saz və piano üçün “Marş”ını sazda səsləndirib.

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində orta-ixtisas musiqi məktəb-studiyasının şagirdi, A.Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsinin laureatı Humay Nəbiyevanın Xalq artisti Azər Dadaşovun ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi “Piano və orkestr üçün “Poema”sını ifa etməsi ilə başa çatıb.









32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun


24 İyun