Aktyor serialdan xeyli pul qazanacaq
Aktrisa pərəstişkarlarını heyrətləndirdi - foto
Elnarə imicini dəyişdi - foto
 "Мисс Россия 2003" gözəli Bakıya gəldi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Daşkənddə möhtəşəm Azərbaycan konserti - foto

07-06-2019


Özbəkistanın Daşkənd və digər şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi çərçivəsində paytaxtdakı Sənət və Mədəniyyət Universitetində “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı böyük konsert təşkil olunub.

Mtv.az xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, bu ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, ölkənin elm, mədəniyyət, incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Universitetin rektoru, professor İbrahim Yuldaşov “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində bu ali təhsil ocağında konsert təşkil olunmasından məmnun qaldığını bildirib. Rektor 2017-ci ildə AMM ilə imzalanan memorandumun uğurla icra olunduğunu, artıq Azərbaycan sənətçilərinin iştirakı ilə universitetdə iki dostluq konsertinin keçirildiyini, burada Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradıldığını qeyd edib, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərinə görə Azərbaycan dövlətinə və Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

AMM-nin direktoru Samir Abbasov mərkəzin layihəsi çərçivəsində hər il qardaş ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında məlumat verib, belə tədbirlərin xalqlarımızı bir-birinə yaxınlaşdırdığını qeyd edib. O, Şərqdə ilk demokratik cümhuriyyət quran, qadının ilk dəfə seçki hüququnu tanıyan, universitet, mətbuat, teatr, kino ənənələri ilə seçilən istedadlı xalqımızın zəngin mədəniyyəti və ədəbiyyatı haqqında söhbət açıb. S.Abbasov bu istiqamətdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də danışıb.

O, qardaş Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatına böyük maraq və sevgi olduğunu bildirib.

Konsertdə Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri ansamblı Azərbaycan musiqisinin incilərini, dünya şöhrətli bəsətkarlarımzın əsərlərini səsləndirib. Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abduraximovanın bədii rəhbəri olduğu ansambl “Koroğlu” üverturası, “Qarabağ Azərbaycanın incisi” adlı əsərləri məharətlə ifa edib.

Tədbirdə Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov “Soqdiana” ansamblının müşayiəti ilə milli musiqilərimizi oxuyublar.

Konsertdə Azərbaycan sənətçilərinin birgə dueti, Azərbaycan və özbək musiqisinin inciləri səsləndirilib.

Tədbir böyük anşlaqla keçib. Sonda Azərbaycan sənətçiləri fəxri fərmanlara layiq görülüb.















188 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18








17