Aktyor hucuma məruz qaldı - video
Oksana istirahətə Antalyaya getdi - foto
Elnarə Xəlilova imicini dəyişdi - video
Namiq Qaraçuxurlunun keçmiş görüntüləri - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Oqtay Zülfüqarovun 90 illik yubiley konserti - foto

05-06-2019


“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konsert təşkil edib.

Mtv.az xəbər verir ki, qala-konsertdə 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivləri iştirak ediblər.

Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı keçirilən konsertdə bəstəkarın sevilən uşaq mahnıları yeni aranjemanda təqdim olunub.

Tədbirdə çıxış edən “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin rəhbəri İradə Yaqubova bildirib: “Artıq iki ildir ki, Oqtay müəllim bizim aramızda deyil. Ancaq onun dəyərli nəsihətlərinə ehtiyacımız var. Oqtay Zülfüqarov uşaqlığımz, gəncliyimiz, bu günümüz və sabahımızdır”.

O, konsertin təşkilində O.Zülfüqarovun ailə üzvlərinin də yaxından iştirak etdiklərini vurğulayıb.

Oqtay Zülfüqarov yaradıcılığında əsas yeri uşaq mahnıları tutur. Onun “Telefon”, “Qatar”, “Ovçu”, “Kim sevirsə idmanı?”, “Lavaş”, “Sərçə”, “Can nənə” və başqa mahnıları bir çox nəsillər tərəfindən sevilir və bu gün də aktuallığını itirməyib. Bəstəkar Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm yer tutan iki simfoniya, violonçel, fleyta və simfonik orkestr üçün konsertlər, “Şənlən, mənim xalqım” uvertürası, “Pişik və sərçə” opera-nağılı, “Sehrli alma” uşaq baleti, simli kvartet, fortepiano triosu, mahnı və romansların müəllifidir.









48 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 İyun


24 İyun