Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artisti Prezidentlə görüşüb söhbət etdi - foto

24-05-2019


Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışından sonra sakinlərlə görüşən zaman Xalq artisti Ramiz Novruzla həmsöhbət olub.

Mtv.az xəbər verir ki, R.Novruz ölkə başçısı ilə görüşün tam təsadüfi alındığını deyib: “Mən işdən çıxıb gedirdim, gördüm cənab Prezident gəlir. Uzaqdan seyr etmək istədim. Prezident uzaqdan məni gördü və yanına çağırdı. Teatrdakı vəziyyət barədə söhbət etdik.

Mənim ağlıma da gəlməzdi ki, Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım məni adımla yanına çağıracaqlar. Birlikdə xatirə şəkli çəkdirdik.

Şəkil çəkdirəndə arxaya getmək istəyirdim, lakin onlarla birlikdə öndə durmağımı söylədilər. Mənim üçün bu qürurverici bir mənzərə oldu”.

Aktyor bildirib ki, dövlət başçısı ilə söhbətində teatrda çalışan gənclərin razılığını ona çatdırıb.



94 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun