Hollivud ulduzu lüt şəkil çəkdirdi
Brilliantın oğlu “Allah qismət edəndə” evlənəcək
İbrahim Tatlısəsin qızını boşadılar
Serialda Şövkət Ələkbərovanın mahnısı oxundu – video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rusiyanın Xalq Rəqsləri Ansamblı Bakıya gəlir

27-05-2019


Bakıda 20 illik fasilədən sonra Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konsertləri təşkil olunacaq.

Mtv.az xəbər verir ki, mayın 31-də və iyunun 1-də Heydər Əliyev Mərkəzinin səhnəsində keçiriləcək konsertlərin proqramına XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” azərbaycanlı rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiətilə “Araqon Hota”, argentinalı qauço çobanlarının rəqsi, məşhur “Alma” rəqsi, həmçinin kollektivin son əsəri olan argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerası daxildir.

Dünya şöhrətli kollektiv Bakıya son dəfə 1998-ci ildə mərhum Prezident Heydər Əliyevin andiçmə mərasiminə şəxsi dəvətlə gəlmişdi.

İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsi Ansamblı dünya xalqlarının rəqslərini bədii yolla təbliğ edən dünyanın ilk peşəkar xoreoqrafiya qrupudur. Uzun illər ərzində İqor Moiseyevin başçılıq etdiyi kollektivin səylərilə bir çox ölkələrin xalq rəqsləri irsi bədii yozum vasitəsilə dünya mədəniyyətinə yenidən qazandırılıb.

110 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


19