Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Gənc musiqiçilərin Respublika festivalı” başa çatdı - foto

22-05-2019


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Hacıbəyovlar sülaləsinin iki görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 100 və onun oğlu İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilərin Respublika festivalı”na yekun vurulub.

Mtv.az xəbər verir ki, festivalda ölkənin 16 şəhər və rayonundan 160-a qədər gənc musiqiçi iştirak edib. Onlar üç yaş qrupu və iki nominasiya – fortepiano və vokal üzrə çıxış ediblər.

Akademiyanın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülüb. İştirakçılardan 39 nəfəri diplomant adını qazandı.

Tədbirdə məktəb-studiyanın Uşaq Musiqi Teatrının hazırladığı Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının yeni versiyasının tamaşası təqdim olunub.

Sonda 13 gənc laureatın ifası dinlənilib.

 



















47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun