Hollivud ulduzu lüt şəkil çəkdirdi
Brilliantın oğlu “Allah qismət edəndə” evlənəcək
İbrahim Tatlısəsin qızını boşadılar
Serialda Şövkət Ələkbərovanın mahnısı oxundu – video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq artisti uşaq vaxtı "oğurluq" edib

23-05-2019


Xalq artisti Afaq Bəşirqızı  “Ac uşağa görə oğurluq edərsiniz” sualını cavablandırıb.

Mtv.az xəbər verir ki, sənətçi uşaq ikən oğurluq etdiyini etiraf edib:

“Bir dəfə çox ac idim. Uşaqlar hamısı məktəbə kolbasa çörəklə gəlirdilər. Mən də kolbasanı çox sevirdim. Atam Mərkəzi Xəstəxanada yatırdı. Evimizə analığımın Zivər adlı qohumu gəlmişdi. Onun çantasından 5 manat götürdüm. Getdim kolbasa aldım, doğratdırdım, atamın kitab şkafında gizlətdim. Bir gün yemək mümkün oldu, səhəri gün kolbasa iyləndi. Vaxt keçdi. Mən artıq Afaq Bəşirqızı oldum. Eşitdim ki, həmin qadın Montində parça satır. Onu tapdım, dedim ki, Zivər xala, vaxtilə sənin çantandan 5 manat pul götürmüşdüm, indi qaytarmağa gəlmişəm. O isə “Afaq, sən pulu götürəndə mən onu bildim, sənə halal edirəm” dedi. Dedim ki, belə halallıq istəmirəm. İndi əgər mən, öz aclığıma dözməmişəmsə, başqasının da aclığına dözmərəm. Uşaqları və qocaları çox sevirəm”.

130 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


19