“Mətn” filmi Oskara təqdim edilə bilər
Şəbnəm Tovuzlu həmkarlarına meydan oxudu
Meyxanaçı imicini dəyişdi - foto
Müğənni ikinci dəfə ata oldu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Əbdül Mahmudovun 75 illik yubileyi qeyd olundu - foto

16-05-2019


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor, rejissor və ssenarist, Xalq artisti Əbdül Mahmudovun 75 illik yubileyi qeyd olunub.

Mtv.az xəbər verir ki, mayın 15-də keçirilən tədbirdə qurumun direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Əməkdar incəsənət xadimi Ayaz Salayev və başqaları çıxış edərək görkəmli sənətkarın Azərbaycan kino sənətində xidmətlərindən danışıblar. Bildirilib ki, Əbdül Mahmudovun kino sənətində özünəməxsus baxışı, dəstxəti, yaradıcılıq üslubu var.

Vurğulanıb ki, Əbdül Mahmudov 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra təyinatla “Azərbaycanfilm” kinostudiyasında ikinci rejissor kimi fəaliyyətə başlayıb, “Dəli Kür”, “Oxuyur Müslüm Maqomayev”, “Mən ki, gözəl deyildim”, “Bizim Cəbiş müəllim”, “Dağlarda döyüş” və s. filmlərdə Həsən Seyidbəyli, Adil İsgəndərov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə kimi görkəmli sənətkarlarla çalışaraq onların təcrübəsindən bəhrələnib, yüksək iş qabiliyyəti və professionallığı ilə hamının hörmətini qazanıb. O, həmçinin aktyor kimi çəkildiyi “Yeddi oğul istərəm”, “Nəsimi”, “Sevinc buxtası”, “O qızı tapın” “Axırıncı aşırım”, “Qətl günü” kimi filmlərdə yaratdığı yaddaqalan obrazlarla özünü tamaşaçılara sevdirə, onların qəlbinə yol tapa bilib.

1971-1973-cü illərdə Moskvada Ali rejissor və ssenarist kurslarını bitirdikdən sonra doğma kinostudiyada fəaliyyətini davam etdirən sənətkar “Atları yəhərləyin”, “Üzü küləyə”, “Doğma sahillər”, “Gecə qatarında qətl” kimi bədii filmlərə, “Mozalan” satirik kinojurnalı üçün çoxlu sayda bədii süjetlərə quruluş verib. Keçdiyi bu məhsuldar yaradıcılıq yolu daim yüksək qiymətləndirilib və 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.



64 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyul












19 İyul